“Kasımpaşa”nın hücumçusu Rikardo Kuarejma “Portu”ya qayıtmaq istədiyini bildirib.

Portuqaliya mətbuatına açıqlama verən 35 yaşlı futbolçu deyib: “Portu” elə “Portu” olaraq qalır.Ona məhəbbətimi ifadə etməyə çətinlik çəkirəm. Vaxtilə bu kluba keçməyimi indiyə qədər qəbul etdiyim ən doğru qərar sayıram. Yenidən bu komandaya qayıtmaq istəyirəm.”Kasımpaşa” ilə müqavilə müddətim mövsümün sonunda başa çatır. Klub rəhbərliyi ilə görüşmək fikrim var. Amma indi karantin rejimində bu mümkün deyil”.

Xatırladaq ki, Kuarejma 2015-ci ildən bəri Türkiyə çempionatında çıxış edir.